Azərbaycan Vətən müharibəsinin tək xanım şəhidi Arəstə Baxışova haqqında mahnı yazılıb. Mahnının sözləri prezident təqaüdçüsü Qabil Ədalətə, musiqisi Elmir Mədətoğluna, aranjımanı Musa Bağırsoya aiddir.
525. az xəbər verir ki, mahnıda şəhid Arəstənin cəsurluğu, vətənpərvərliyi və qəhrəmanlığı dilə gətirilib. Onun timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirələri dərin ehtiramla yad edilib.
“Arəstə” adlı mahnını Əməkdar artist Firuzə İbadova ifa edir.