Gürcüstan 1 yanvar 2021-ci ildən etibarən GUAM-a sədrliyi bir il müddətində Azərbaycandan təhvil alacaq.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, GUAM Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən onlayn iclasında Gürcüstanın təşkilata sədrlik prioritetləri müzakirə edilib.
Gürcüstanın XİN başçısı David Zalkaliani təşkilata üzv ölkələr arasında parlament əməkdaşlığının, həmçinin humanitar əlaqələrin dərinləşdirilməsini diqqətdə saxlayacağını vurğulayıb.