Ermənistanın Milli Şurası bu gün növbədənkənar iclas keçirəcək.
ANS PRESS-in bu ölkənin parlamentinin saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı bəyanat qəbul edilməlidir.
Qeyd edək ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və dövlət başçısı İlham Əliyev tərəfindən əfvi İrəvanda narazılıqla qarşılanıb. Ermənistan prezidenti Serj Sarqsyan Macarıstanla diplomatik münasibətlərin və bütün rəsmi əlaqələrin kəsildiyini bəyan edib. Müdafiə naziri Seyran Ohanyan və silahlı qüvvələrin baş qərar rəisi Yuri Xaçaturov orduda hazırlıq əmri veriblər.
Bazar ertəsi Ermənistan parlamentinin spikeri Ovik Abramyanın sədrliyi ilə keçirilən müşavirədə Ramil Səfərovla bağlı son proseslər, o cümlədən, Milli Şuranın atacağı addımlar müzakirə edilib.
Ovik Abramyan növbədənkənar iclasında sentyabrın 5-də keçirilməsini təklif edib. Onun sözlərinə görə, iclasın keçirilməsini prezident Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında tövsiyyə edib.
Ovik Abramyan parlament tərəfindən bəyanatın qəbulunu məqsədəuyğun saydığını bildirib.