https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
search
26 Aprel 2024

Azərbaycan Dəmir Yollarının əməkdaşları “YAŞAT” Fonduna vəsait köçürüblər

Azərbaycan Dəmir Yollarının əməkdaşları “YAŞAT” Fonduna vəsait köçürüblər

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları “YAŞAT” Fonduna 657 min 801 manat vəsait ayırıblar. Bu məbləğ dəmiryolçuların əmək haqlarından edilən könüllü ayırmalar hesabına formalaşıb.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə toplanan vəsait artıq “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən fondun hesabına köçürülüb. 

Şəhid ailələrinin və yaralanan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platforma rolunu oynayan “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.