|
|
|
|
"Bu gün epidemioloji vəziyyətin pisləşməsi fevralın 15-nə təsir etməyəcək, fevralın 24-nə təsir edə bilər".
525.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, hələ ki, vəziyyət stabildir:
"Ona görə də fevralın 8-də və 15-də dərslər açılacaq. X-XI siniflərlə bağlı vaxt müəyyən olunmayıb, amma mərhələ-mərhələ ona doğru da gedirik".
“Bağçalarda tədris hər gün olacaq, Bakıda, Sumqayıt Abşeronda və digər regionlarda hər gün uşaqlar bağçaya gedəcək”.
O qeyd edib ki, məktəbə gəlməyən şagirdlərlə bağlı vəziyyətdən, müəllimin dərs yükündən, şagirdlərin qrupundan asılı olaraq məktəb səviyyəsində qərar veriləcək.
“Summativ qiymətləndirmə birinci yarımilin sonunda bir dəfə keçirildi”.
Onun sözlərinə görə, internetə çıxışı olmayan, ümumiyyətlə, iştirak edə bilməyən şagirdlər üçün fevral ayı ərzində qiymətləndirmə keçiriləcək:
“Bu ayın sonunda biləcəyik ki, nə qədər uşaq distant, nə qədəri əyani qiymətləndirmədən keçib. Valideynin kömək etdiyi şagirdlər var, bu isə akademik nadürüstlükdür, birgə öyrənmək çox effektlidir, qiymətləndirmə isə fərdidir. Bu, sistem kimi şagirdə də lazımdır ki, şagird özü də nə qədər bildiyini öyrənsin. Summativ qiymətləndirmənin qaneedici olub-olmadığı ayın sonunda bilinəcək”.