İngiltərənin ən böyük İslam təşkilatı olan Müsəlman Şurasının rəhbəri vəzifəsinə ilk dəfə bir qadın seçilib.
525.az xəbər verir ki, 29 yaşlı Zara Məhəmməd, üzvlərin səs çoxluğu ilə İngiltərə Müsəlman Şurasının ən yüksək vəzifəsi olan baş katibi təyin edilib. Bununla da dörd illik səlahiyyət müddətini başa vuran Harun Xanın yerinə insan hüquqları üzrə vəkil Zara Məhəmməd seçilib.
Qeyd edək ki, o əvvəllər İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadakı ümumilikdə 500-ə yaxın məscid, məktəb və xeyriyyə təşkilatının bağlı olduğu Müsəlman Şurasının baş katibinin müavini idi.
El Roman