ABŞ-dakı “MIT“ mühəndisləri yeni nanotexnologiya sayəsində ispanağı partlayıcı materialları aşkar edə bilən sensorlara çeviriblər.
525.az xəbər verir ki, ispanaqlar daha sonra bu məlumatları alimlərə simsiz ötürə bilir. Bitkinin kökləri yeraltı sularda nitroaromatik maddələrin olduğunu aşkar etdikdə, onun yarpaqları içərisindəki karbon nanotubları bir siqnal yayır. Bu siqnal daha sonra infraqırmızı kamera tərəfindən oxunur və alimlərə bir e-poçt xəbərdarlığı göndərilir. Qeyd edək ki, nitroaromatiklərə partlayıcı maddələrdə tez-tez rast gəlinir.
Bu sınaq, elektron komponentlər və sistemlərin bitkilərə daxil edilməsini əhatə edən daha geniş tədqiqat sahəsinin kiçik bir hissəsidir. Yeni texnologiya “bitki nanobionikası” kimi tanınır və bitkilərə yeni qabiliyyətlərin verilməsi prosesidir.
"Bitkilər çox yaxşı analitik kimyaçıdırlar",- deyə tədqiqata rəhbərlik edən professor Mişel Strano prosesi izah edib. O bildirib ki, torpaqlarda geniş kök şəbəkəsinə sahib olan bitkilər daim yeraltı sularını özlərinə çəkir və bu suyun yarpaqlara qədər nəqlini öz gücləri ilə təmin etmək üçün bir yol tapırlar.
El Roman