Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar paylaşım edib.
525.az-ın məlumatına görə, bu barədə XİN rəhbəri sosial şəbəkədki səhifəsində məlumat yayıb:
"Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadənin vəfatının 12-ci ildönümünü hörmət və rəhmətlə anıram. Şeirləri bütün könül coğrafiyamızda əks-səda verməyə davam edəcək”.