Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə helikopter nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.
525.az-ın xəbərinə görə, bu barədə Parlamentin sədri "Twitter" səhifəsində bildirib.
"Qardaş Türkiyədə helikopterin qəzaya uğraması nəticəsində 9 övladımız şəhid olub. Bu faciədən dolayı dərin üzüntü keçirdiyimizi ifadə edir, qardaş Türk xalqına, şəhidlərimizin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə S.Qafarova qeyd edib.