|
|
|
|
“15 mart tarixindən başlatdığımız və təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğu çərçivəsində 10 812 rəy qəbul edilib”.
525.az-ın məlumatınma görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşıb.
Sorğunun nəticəsinə əsasən, təhsilin keyfiyyətinə təsir edən amillər sırasında müəllimlərin peşəkarlıq səviyyəsi 33,3 faiz, məktəbin maddi-texniki təchizatı (bina, istilik, İKT təminatı və fənn laboratoriyaları) 17,3 faiz, valideyn amili (ailə mühiti, dəstək, təhsilə münasibət, məsuliyyət) 15,2 faiz, məktəb rəhbərlərinin fəaliyyəti 10 faiz, məktəbdə psixloji mühit 8,2 faiz, dərsliklər 5,5 faiz, hamısı 7,2 faiz (qiymətləndirmə və digər rəylər) təşkil edib.