Vəkillər Kollegiyası (ARVK) Gədəbəydə aztəminatlı şəxslərə pulsuz hüquqi dəstək göstərəcək.
525.az-a bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Gədəbəydə fəaliyyət göstərən fərdi vəkil və Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri tərəfindən keçiriləcək aksiya saat 11:00-dan rayonun Heydər Əliyev Mərkəzində başlayacaq.
Aksiyadan yararlanmaq istəyən aztəminatlı şəxslər Kollegiyaya müraciət edə bilərlər.