Bir neçə müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynova Türkiyədə müalicə olunduğu İstanbul Memorial Klinikasında vəfat edib.
Lent.az-ın məlumatına görə, bu barədə N. Hüseynovanın bacısı Mehin Hüseynova məlumat verib: “Mən artıq bacımı itirdim, gözəlimi itirdim. Mənə söz vermişdi, durmadı sözünün üstündə. Yanımdadı amma o. Varlığıyla yanımda olacaq həmişə. Onun ölümündə o səhv edən həkim günahkardı!”
N. Hüseynovanın bacısı qeyd edib ki, onu bu vəziyyətdə evə buraxan Milli Onkologiya Mərkəzini günahlandırıb.
Qeyd edək ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakıda xeyriyyə kampaniyası keçirilib, onun müalicəsi üçün lazım olan 150 min manatın böyük bir hissəsi toplanıb.
İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildiriblər