Bu gün günorta saatlarında Bakının əsas prospektlərindən olan “Neftçilər” prospektində tıxac yaranıb.
Lent.az-ın məlumatına görə, tıxac prospektin Nobel prospekti istiqamətindəki hissəsində yaranıb və nəqliyyatın hərəkətsizliyi digər yollara da mənfi təsir göstərib. Tıxacın səbəbi isə qeyri-ənənəvi olub. Belə ki, dəniz limanı istiqamətində hərəkət edən yük qatarı prospektdən keçərkən birdən-birə dayanıb. Qatarın 10-15 əqiqə hərəkətsiz qalması tıxaca səbəb olub.
Bir neçə dəqiqə əvvəl qatarın hərəkət edərək dəniz yük limanına getməsi ilə tıxac problemi aradan qalxıb