https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Futbolun maraqlı anları...

 Futbolun maraqlı anları...

Fit+kötək

50-ci illərdə İranın Əl-Xərvəs rayonunda hakimlər meydana kötəklə çıxırmışlar. Onlara qayda pozuntuları zamanı futbolçuları sarı və qırmızı vərəqə ilə cəzalandırmaqdan savayı kötəkləməyə də icazə verilmişdi. Bu qərar oyunların daha intizamlı keçməsinə səbəb olmuşdu.

Çoxbilmiş futbolçu

Bu olay Fransanın cənubunda kiçik bir şəhərcikdə baş verib. Futbolçunun onu təhqir etməsindən sonra hakim əlini cibinə atıb və futbolçuya qırmızı vərəqə göstərib. Bir qədər sonra tribunadan yenə təhqiramiz sözlər eşidən hakim səsin ona tanış gəldiyinin fərqinə varıb. Həmin tərəfə baxdıqda bir qədər əvvəl meydandan qovuduğu futbolçunun orada adi geyimdə olduğunu görüb. Hakim yanılmayıbmış, onu yenə də söyən həmin futbolçu idi. Təhqirlərə dözməyən referi polisdən azarkeş-futbolçunun səsini kəsməyi tələb etdikdə gözləmədiyi cavabı eşidib: "Onda, gərək azarkeşlərin yarısını stadiondan çıxaraq. Buna isə gücümüz çatmaz".

90 dəqiqə topa toxunmayıb

Bu qeyri-adi rekord isə İsveçin "Yurgorden" klubunun gənclərdən ibarət komandasının qapıçısına məxsus olub. Komandasının 18:0 hesabı ilə qalib gəldiyi oyunda o, topa bir dəfə də olsun toxunmayıb. Cəmi 2 halda qapıdan zərbə təyin edilib ki, onu da komanda yoldaşı yerinə yetirib.

Hakimə təşəkkür

Bu hadisə 60-cı illərdə Braziliyanın Portu-Aleqri şəhərində baş verib. Matç bitdikdən sonra azarkeşlər meydana axışıb və hakimə tərəf qaçıblar. Qorxuya düşən zavallı referi paltardəyişmə otağına sarı götürülüb. Qapını içəridən bağlayan hakim canını azarkeşlərin əlindən bu cür qurtarmaq istəsə də, onlar qapını sındıraraq içəri daxil olublar və... hakimə oyunu yaxşı idarə etdiyinə görə təşəkkürlərini bildiriblər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.