|
|
|
|

Türkiyənin Van şəhərində Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayevə istinadən verdiyi məlumata görə, görüş zamanı bir sıra ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazirlər qeyd ediblər ki, Azərbaycanın və İranın dərin mədəni və tarixi əlaqələri var.
M. C. Zərif bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ona hörmətlə yanaşır.
Qeyd edək ki, bu gün Vanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin növbəti üçtərəfli görüşü keçiriləcək.



