|
|
|
|
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip vəfat edib.
525.az-ın xəbərinə görə, bu barədə Kral ailəsi məlumat yayıb.
“Əlahəzrət Kraliça həyat yoldaşı Edinburq Hersoqu Şahzadə Filipin ölümünü dərin kədərlə elan edir. Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib", - deyə Kral sarayının məlumatında qeyd olunub.