30 milyondan çox insanın vaksinasiya edildiyi İngiltərədə karantin məhdudiyyətlərinin bir hissəsi ləğv edilir.
525.az xəbər verir ki, hökumətin açıqladığı yeni karantin planları çərçivəsində aylar sonra restoran, bar, kafe və mağazalar, həmçinin bağçalar, qapalı hovuzlar və bərbərlər açılır. Baş nazir Boris Conson yeni addımın sərbəstlik üçün vacib olduğunu və insanlardan daha diqqətli olmalarını istəyib.
Verilən məlumata görə, eyni evdə yaşayanlar birlikdə İngiltərədə tətilə gedə biləcəklər. Həmçinin toylarda ən çox 15 nəfərin, dəfn mərasimində 30 nəfərin iştirakına icazə veriləcək. Əlavə olaraq, uşaqların da qapalı yerlərdə təşkil olunan tədbirlərdə iştirak edə biləcəyi bildirilib.
Firuzə Əliyeva