525.az xəbər verir ki, Rusiyanın Xəzər dənizindəki donanmasına aid 15 döyüş gəmisinin artıq Qara dənizə göndərildiyi açıqlanıb. Manevrdə Rusiyanın Krımdakı Qara dəniz Donanması gəmiləri ilə yanaşı, vertolyot və təyyarələri də iştirak edir. Hərbi təlimlərdə yerdəki və havadakı hədəflərə atəş sınaqları icra olunur.
Xatırladaq ki, bundan əvvəl Ukraynaya öz dəstəyini göstərmək məqsədilə Amerika Birləşmiş Ştatları hərbi gəmilərini Qara dənizə yerləşdirmək üçün Türkiyəyə bəyannamə göndərmişdi.
Firuzə Əliyeva