Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Şəhidlər xiyabanında olub.
525.az APA-ya istinadən xəbər verir ki, qonaq Şəhidlər xiyabanında məzarların ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasını gözləri ilə görüb.
Rusiyalı deputat Ağdam Çörək Muzeyinin binasının dağıntıları ilə də tanış olub.