|
|
|
|
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 1-ci Tibb konfransı maraqlı diskusiyalarla başa çatıb.
Ukraynanın müxtəlif ali tibb ocaqlarından 150 təlbənin qatıldığı beynəlxalq tibb konfransı tibb təhsilində rezidentura sistemi,xaricdə çalışan gənc azərbaycanlı həkimlərin peşəkar əməkdaşlıq yolları mövzusunda 2 istiqamətli panel müzakirələri ilə diqqəti cəlb edib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini ,gənc həkim Cavid Hüseynzadənin , Almaniya Azərbaycanlı Həkimlər Assosiasiyasının sədri Vuqar Yaqublunun ,Tibb Elmləri Akademiyaının Radialoğiya Elmi Mərkəzinin baş həkimi Ənvər Həsənovun və Sağlam Ailə Tibb Mərkəzinin şöbə müdiri Nigar Rüstəmlinin moderatorluğu ilə davam edən elmi müzakirələr böyük maraqla qarşılanıb.Panel iclaslarında müasir tibb elminin yeniliklərinin tətbiqi sahəsində mövcud problemlər və onun aradan qaldırılmasınin praktik yolları, xarici ölkələrin tibb ali ocaqlarında təhsil alan azərbaycanlı tələbə və məzunların gələcəkdə işlə təmin olunması ,dünyanın müasir tibb avadanlıqlarının azərbaycana gətirilməsi və onun idarəolunmasında peşəkar kadrların hazırlanması məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Səmərəli sonluqla başa çatan konfransda bütün iştirakçılara sertifikatlar təqdim olunub.