"Tarif (qiymət) Şurasının Bakıda avtobuslarda müəyyənləşdirdiyi gediş haqqının süni artırılması yolverilməzdir".
Bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının süni artırılması yolverilməzdir: "Nazirlik mütəmadi reydlər keçirir və belə faktların qarşısını almaq üzrə tədbirlər görür". N.Həsənov bildirib ki, ictimai nəqliyyatda gediş haqqını Tarif Şurası müəyyənləşdirdiyinə görə, qiymətin süni artırılması qanun pozuntusudur: "Belə faktlar aşkar edilən zaman qanunu pozanlara qarşı sərt tədbirlər görülür".