|
|
|
|
"Mən Azərbaycan və Ermənistanın paralel humanitar addımlarını - saxlanılanların qaytarılması və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram".
525.az-ın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Twitter"də bildirib.
"Bu, etimadın yenilənməsi istiqamətində ilk addımdır. Aİ bu prosesi dəstəkləyib və bu inkişafın genişlənməsi üçün yardım təklif etməyə davam edəcək", - deyə Aİ Şurasının prezidenti qeyd edib.