|
|
|
|

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün İsveçrəyə gedib.
525.az xəbər verir ki, Rusiya dövlət başçısının təyyarəsi Cenevrəyə enib. Bildirilib ki, dövlət başçıları saat 20:00-da mətbuat konfransı keçirəcəklər.
Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, Rusiya XİN başçısının müavini Sergey Ryabkov, Prezident Administrasiyası başçısının müavini Dmitri Jkozak, RF prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Bu, Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında 2018-c ildə Finlandiyanın Helsinki şəhərindəki danışıqlardan sonra ilk görüşdür.
Qeyd edək ki, görüş La Qranj malikanəsində keçiriləcək.



