Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın üzvü olub.
Bundan başqa o, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.