|
|
|
|

“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
525.az xəbər verir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sı müzakirə olunub: "Müzakirə zamanı investisiya qoyuluşu, rəqəmsal transformasiya, beynəlxalq nəqliyyat sisteminə inteqrasiya ilə bağlı təkliflər səsləndirildi".



