|
|
|
|

Sumqayıt şəhərində baş verən ağır yol qəzasında 1 nəfər ölüb 25 nəfər isə ağır yaralanıb.
APA-nın xəbərinə görə, ağır qəza Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. Magistral yolla hərəkət edən "50 AE 109" dövlət nömrə nişanlı "İsuzu" markalı sərnişin avtobusu ilə "90 JH 537" nömrəli "MAZ" markalı yük maşını toqquşub. Zərbənin təsirindən avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Nəticədə avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə keçinib.
Yaralılardan 9-u Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə, 16-ı isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.
Faktla bağlı Sumqayıt Şəhər Yol Polisi İdarəsində araşdırma aparılır.



