18 yaşlı Oliver Daemenin “Amazon”un qurucusu Ceff Bezosu 20 iyul tarixində edəcəyi ilk kosmos səfəri zamanı müşayiət edəcəyi açıqlanıb. Beləliklə Daemen "kosmosa çıxan ən gənc insan" olacaq.
525.az xəbər verir ki, “Blue Origin” kosmik şirkətinin ilk kosmik uçuşu üçün bir boş yer 28 milyon dollara auksiona çıxarılmışdı. Bununla birlikdə, bu yeri alan və adı açıqlanmayan şəxsin planlaşdırılmada problemlərinin çıxması səbəbilə səyahət edə bilməyəcəyi bildirilib.
Səfərə gedəcək 18 yaşlı Oliver, “Somerset Capital Partners” şirkətinin baş icraçı direktoru Coez Daemenin oğludur. Coez Daemen ikinci kosmik səyahətə vəsiqə qazanmışdı. İndi ilk uçuşdakı yerin qalibinin geri çəkilməsi ilə bu yer Daemenə verilmiş oldu.
El Roman