https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
28 Aprel 2024
27 Aprel 2024

PSJ Messiyə görə Poqbanı almaqdan imtina edib

PSJ Messiyə görə Poqbanı almaqdan imtina edib

Fransanın PSJ komandası İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Pol Poqbanı transfer etmək fikrindən daşınıb.

525.az "Le Parisien"ə istinadən xəbər verir ki, Paris təmsilçisi İspaniya "Barselona"sı ilə vidalaşan Lionel Messinin transferi üçün bu qərarı verib.

Hazırda bütün diqqətini argentinalı hücumçunun komandaya cəlb olunmasına ayıran rəhbərlik əlavə xərcə düşmək istəmir.

Buna baxmayaraq, "qırmızı şeytanlar" 50 milyon avro təzminat qarşılığında fransalı yarımmüdafiəçini buraxmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə 2022-ci ilin yayınadək müqaviləsi var.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.