Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir.
525.az ölkənin KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Evbeya adasında Fiqiya kəndi ərazisi yaxınlığında yanğınlar başlayıb.
Məlumata əsasən, yanğın səbəbindən kəndin sakinləri adanın sahilləri istiqamətində təxliyyə olunub.
Hazırda 46 yanğınsöndürən, 20 yanğınsöndürən maşın, 2 helikopter və 3 su çiləyən təyyarə yanğınla mübarizə aparır.
Qeyd edək ki, Yunanıstanda avqust ayında müşahidə edilən anomal istilər səbəbindən yüzlərlə meşə yanğını baş verib. Yanğınlar nəticəsində 3 nəfər həlak olub.