“Rusiya və Türkiyə “S-400” zenit-raketlərinin Türkiyəyə tədarük edilməsi ilə bağlı məsləhətləşmələri davam etdirir”.
525.az xəbər verir ki, bu barədə məlumatı “Rosoboroneksport”un sədri Aleksandr Mixiyev açıqlayıb.
Onun sözlərinə görə, hər iki ölkə danışıqların son mərhələsindədir. A.Mixiyev qeyd edib ki, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq.