Azərbaycan tayboksçusu Leyana Sayer Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
525.az Report-a istinadən xəbər verir ki, 51 kq-da mübarizə aparan idmançı belaruslu Albina Posoxla qarşılaşıb. Rəqibinə uduzan Sayer gümüş medalla kifayətlənib.