İndoneziyada İŞİD-lə əlaqəli Şərqi İndoneziya Mücahidləri terror təşkilatının lideri Əli Kalora təhlükəsizlik qüvvələri ilə qarşıdurmada öldürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sulavesi adasındakı bir kənddə baş verib.
Ə.Kalora ilə yanaşı daha bir terrorçu məhv edilib. Daha dörd terrorçunun tutulması istiqamətində iş aparılır.
Əməliyyatda silah-sursat ələ keçirilib.