https://525.az/img/pics/medium/2024-05/313073_9t5ip9vx33.png İkinci Dünya müharibəsi qəhrəmanı 100 yaşında
https://525.az/img/pics/medium/2024-05/313056_thx3pvas2n.jpg “525-ci qəzet”in 9 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
9 May 2024
8 May 2024

Gəncəli yeniyetmə güləşçilər səkkiz medal qazanıblar

AZƏRBAYCAN KOMANDASI SERBİYADAKI YARIŞLARDA UĞURLA ÇIXIŞ EDİB

Gəncəli yeniyetmə güləşçilər səkkiz medal qazanıblar

Serbiyanın Belqrad şəhərində  Dünya Məktəblilərinin İdman Oyunları başa çatıb.

525.az xəbər verir ki, oyunlarda yüngül atletika və təkbətək mübarizə növləri üzrə yarışlar keçirilib. Ölkəmizi təmsil edən komandaların tərkibində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri olan,  karate, cüdo və sərbəst güləş idman növləri üzrə 24 idmançı iştirak edib. Onlardan 2 nəfəri qızıl, 7 nəfəri gümüş,  7 nəfəri isə bürünc medal qazanıb. 

Oyunların sərbəst güləş idman növü üzrə yarışında isə gəncəli məktəblilər necə deyərlər, tam hegemonluq ediblər. Belə ki,  "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli məktəbinin yetirmələri Sadiq Hüseynov və Camal Abbasov  birinci, Elton Məmmədov, Elgün Məmmədov, Rəvan Rəhimli, İsmayıl Əsədli ikinci, İsa Yusubov və Abdulla İbrahimov üçüncü yerə çıxıblar.

Uğur qazanaraq doğma şəhərə dönən gəncəli məktəblilər ictimaiyyət nümayəndələri tərəfindən Yeni Gəncə qəzəbəsi yaxınlığındakı Heydər Əliyev parkının girişi olan Zəfər Tağı önündə qarşılanıblar.

"Çox sevinirik. Çox şadıq ki, biz məktəbli idmançılar da ölkəmizin zəfər ab-havasına uyğun, öz töhfəmizi verməyə çalışıb, buna nail olduq. Doğma Vətənimizin bayrağına istənilən yarışlarda həmişə ən uca məqamda qərar tutmaq yaraşır", - deyə  Dünya Məktəblilərinin İdman Oyunlarının çempionlarından  Sadiq Hüseynov sevincini bölüşüb.

Görüş zamanı dünyada  uzun sürən pandemiya məhdudiyyətlərinı yumşalması ilə əlaqədar, bu ilin may ayında etibarən gəncəli idmançıların artıq 9 müxtəlif səviyyəli beynəlxalq yarışda iştirak etdikləri də diqqətə çatdırılıb.

Zakir Muradov, 
Gəncə    

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.