Niderlandın Brabant bölgəsində yaşayan psixoloq Vim van Dijk 100-dən çox xəstəsinə "intihar dərmanı" kimi tanınan "Middel X"ı verdiyini etiraf edib.
525.az xəbər verir ki, "Volkskrant" qəzetinə müsahibə verən psixoloq Dijk onlara "Middel X" adlı dərmanı istifadə etməyə məcbur etdiyini və bu dərmanı istifadə etdikdən sonra qısa müddət ərzində xəstələrinin öldüyünü söyləyib.
Psixoloq dediklərinin nəticələrinin fərqində olduğunu, amma buna əhəmiyyət vermədiyini vurğulayıb.
Xəbərdə “intihar tozu" və "ölümcül toz" adlandırılan dərmanın Niderland Ədliyyə Nazirliyi tərəfindən satışına və yayılmasına qadağa qoyulmasına baxmayaraq, qanunsuz olaraq əldə edilə biləcəyi qeyd edilib.
El Roman