Yaşlı qadın itən nişan üzüyünü illər sonra kartof əkini sahəsindən tapıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şotlandiyada Peqqi Maksvin adlı qadın 1960-cı ildə tarlasında kartof toplayarkən nişan üzüyünü itirib. Peqqinin qonşusu Donald hadisədən bu yaxınlarda xəbərdar olub. O, 3 üç gün ərzində kartof əkilən sahəni axtarıb və üzüyü taparaq sahibinə geri verib. Üzüyün sahibi hadisədən sonra bunları deyib:
"Üzüyümü bir daha heç vaxt görə bilməyəcəyimi düşünürdüm, amma orada idi. Bu üzüyün mənim üçün mənəvi dəyəri çoxdur".
Məhəmməd Tağıyev