Bu ilin sonuna qədər daha 6 modul tipli məktəb istifadə üçün təhvil veriləcək.
Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, hazırda həmin məktəblərin quraşdırılması istiqamətində işlər davam edir: “Plana əsasən, 31 modul tipli məktəb tikilməli idi. Onlardan 25-i artıq hazırdır, digər 6-sının tikintisi aparılır. İlin sonuna qədər işlər yekunlaşdırılacaq. Növbəti ildə də modul tipli məktəblər tikiləcək. Neçə məktəbin tikiləcəyi ilə bağlı əlavə məlumat veriləcək”.
Qeyd edək ki, 2016-2020 illərdə 353 modul məktəb quraşdırılıb.
S.Qarayeva