|
|
|
|
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Özbəkistanın interpress.uz saytında 1990-cı il 20 Yanvar faciəsindən yazıb.
525.az xəbər verir ki, rus dilində dərc olunan “Трагедия «20 Января» 1990-го года: путь к независимости азербайджанского народа” (“1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu”) məqaləsində faciəvi hadisələr barədə ətraflı məlumat verilir və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilir. Məqalədə 1990-cı ilin yanvar günlərində Bakıda, Neftçalada, Lənkəranda sovet ordusunun cinayətləri faktlarla göstərilir.