https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

Messi Çempionlar Liqasında antirekordu təkrarlayıb

Messi Çempionlar Liqasında antirekordu təkrarlayıb

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasında penalti antirekordunu təkrarlayıb.

525.az-ın məlumatına görə, hücumçu 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın "Real Madrid" komandasına qarşı görüşün 62-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Turnirdə 23 dəfə penalti yerinə yetirən forvard 5-ci dəfə uğursuzluqla üzləşib. Beləliklə, Messi İngiltərənin "Arsenal" və İspaniyanın "Barselona" komandasının sabiq oyunçusu Tyerri Anriyə çatıb.

Karyerasını başa vurmuş oyunçulardan Serxio Aquero və Rud van Nistelroy Çempionlar Liqasında 4 dəfə penaltini boşa verib.

Xatırladaq ki, PSJ "Real Madrid"i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Madriddə olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.