“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri bu həftə Almaniyada təcili görüş keçirəcək.
525.az Yaponiyanın Kyodo agentliyinə istinadən xəbər verir ki, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
Yaponiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa və İtaliya xarici işlər nazirlərinin görüşü Ukraynada yaranmış vəziyyətə həsr olunacaq.