|
|
|
|
Rusiyanın beynəlxalq pul köçürmələrini təmin edən SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) çıxarılması üçün hazırlıqlara başlanılıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba açıqlama verib. O, açıqlamasında bunları bildirib:
"Rəsmi qərar hələ verilməyib, amma qərar üçün texniki hazırlıq və bu sanksiyanın tətbiqinə başlanılıb. Bütün Ukrayna diplomatiyası işlədi, Ukrayna Prezidentindən Ukrayna səfirliyindəki attaşeyə qədər. Bu qərarı dəstəkləmək üçün müxtəlif hökumətlərə təzyiq göstərən minlərlə insana və Ukrayna diasporuna təşəkkür edirəm”.