|
|
|
|
"Rusiya nümayəndə heyəti bu axşama yaxın danışıqların keçiriləcəyi yerdə Ukrayna nümayəndə heyətini gözləyəcək"
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.
O bildirib ki, Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbərlik edəcək. Peskov Rusiya iqtisadiyyatının Qərbin sanksiyaları nəticəsində ciddi zərbə aldığını, lakin ayaq üstə qala biləcəyini də vurğulayıb.