|
|
|
|
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə iddialarla çıxış edib.
Bu barədə 525.az “Daily Star”a istinadən xəbər verir.
Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına “Üçüncü Dünya Müharibəsinə hazır olun” göstərişi verdiyi iddia edilir.
“Radio Free Asia” radiosuna danışan KXDR rəsmilərindən biri deyib ki, partiya Mərkəzi Komitəsi bütün təşkilat üzvlərinə Şimal Koreyanın müttəfiqi Rusiyanın müharibədə olduğunu bildirib: “Komitə hər kəsin səfərbərlik üçün hazır olmasını istəyib”
Öz növbəsində Şimali Koreyanın Xarici İşlər Nazirliyi də ABŞ və Qərbin yürütdüyü siyasəti tənqid edib.