|
|
|
|
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirir.
525.az APA-ya istinadən xəbər verir ki, Şurada Ukraynada davam edən hərbi əməliyyatlar müzakirə olunub. Müdafiə naziri Sergey Şoyqu Rusiyanın NATO ilə qərb sərhədlərini gücləndirəcəyini açıqlayıb.
Bundan başqa, Putin Yaxın Şərqdən Ukraynada döyüşlərə qatılmağa hazır olan 16 min könüllünün döyüş əməliyatlarına cəlb olunmasına razılıq verib.
"Rusiyaya Ukraynada yardım etməyə hazır olan könüllülərə Yaxın Şərqdən döyüş bölgəsinə çatmaqda yardımçı olmaq lazımdır", - deyə Putin qeyd edib.