|
|
|
|

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu cüzi yüksəldib.
525.az-ın OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il qlobal gündəlik neft tələbatının 100,9 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da əvvəlki proqnoz göstərici ilə müqayisədə 0,09 mln barel çoxdur. Belə ki, 2022-ci ildə neft tələbatının artımı tempi 4,15 mln. barel olacaq, bu, əvvəlki proqnoz göstəricisinə bərabərdir.
Lakin geosiyasi amillərin bazara təsiri çərçivəsində bu proqnoz yaxın həftələrdə dəyişə bilər.
OPEC 2021-ci il üçün də indikatorlar zrə göstəriciləri korrektə edib. Hesabata əsasən, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,73 mln. barel təşkil edib, bu da əvvəlki proqnoz göstəricisindən 0,05 mln. barel çoxdur. Beləliklə, ötən il qlobal gündəlik neft tələbatının 96,74 mln. barel səviyyəsində olub (öncəki proqnozdan 0,09 mln. barel çoxdur).
Xatırladaq ki, 2020-ci ildə qlobal gündəlik neft tələbatı 90,97 mln. barel olub.



