|
|
|
|
Ötən gün güclü külək nəticəsində dam örtüyü uçan Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris qismən bərpa olunub.
Bu barədə 525.az-a Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar məktəbdə tədris qismən bərpa olunub: "Bəzi siniflər isə müvəqqəti olaraq onlayn dərslərə cəlb olunublar".
Qeyd edək ki, dünən hadisə ilə əlaqədar tədris müvəqqəti dayandırılmışdı. Fəsad zamanı xəsarət alan olmayıb.