|
|
|
|

“Prezident qazilərə xüsusi diqqət ayırmaq haqda göstəriş verib”.
APA xəbər verir ki, bunu Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov deyib. O deyib ki, Vətən müharibəsində iştirak edən qazilər üçün intensiv reabilitasiyası ilə bağlı tədbirlər görmək borcumuzdur:
“Bunun üçün bizim geniş planımız var. Yaxın aylarda həyata keçirməyə başlayacağıq. Hədəfimiz odur ki, heç bir qazimiz, eyni zamanda heç bir Azərbaycan vətəndaşı reabilitasiya üçün başqa ölkəyə müraciət etməsin”.



