|
|
|
|

Bu ilin yanvar-mart aylarında Azərbaycanın emal sənayesində 4,449 mlrd. manat dəyərində məhsul istehsal olunub.
525.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur. Emal sənayesinin əsas hissəsini (31,7%) qida məhsullarının istehsalı təşkil edib. Belə ki, 2022-ci ilin I rübündə ölkədə 1,411 mlrd. manatlıq qida məhsulları istehsal olunub ki, bu da illik müqayisədə 9,4% çoxdur.
Qeyd edək ki, digər ən dəyərli fəaliyyət növləri neft məhsullarının istehsalı və kimya sənayesi olub. Sözügedən sektorlarda müvafiq olaraq 912,8 mln. manatlıq və 555,5 mln. manatlıq məhsul buraxılıb. Bu, illik müqayisədə 16,2% və 69,1% çoxdur.



