|
|
|
|

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 11,8 mlrd. kub metr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən 525.az-a verilən məlumata görə, qazın 3,5 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokundan, 6,4 mlrd. kub metri “Şahdəniz” qaz-kondensat yatağından, 1,9 mlrd. kub metri SOCAR üzrə hasil olunub.
“Hesabat dövründə xaricə qaz satışı 5,9 mlrd. kub metr təşkil edib. Türkiyəyə 2,2 mlrd. kub metr, Avropaya 2,6 mmlrd. kub metr, Gürcüstana isə 1,1 mlrd. kub metr qaz ixrac edilib”, - məlumatda bildirilir.
Qeyd olunur ki, hesabat dövründə Türkiyəyə Trans-Anadolu kəməri (TANAP) vasitəsi ilə 4 mlrd. kub metrdən çox qaz nəql olunub.



