Çinin cənubundakı Yunnan və Fucien əyalətlərində, eləcə də Quanqsi-Kuanq Muxtar Bölgəsində güclü yağışların səbəb olduğu daşqınlarda ən azı 15 nəfər həyatını itirib.
525.az Çin mətbuatına istinadən xəbər verir ki, cümə axşamı başlayan güclü yağışın səbəb olduğu sel və torpaq sürüşməsi evlərə, infrastruktura və əkinçilik sahələrinə ziyan vurub. Fucien əyalətinin ərazisində torpaq sürüşməsi nəticəsində çökən fabrikdə 5 nəfər, yaşayış məntəqəsində isə 3 nəfər həyatını itirib. Əyalətdə 39 ev zərər görsə də, daşqınlardan zərər çəkmiş ərazilərdə yaşayan 1 600 nəfər təxliyə edilib.
Ölkənin cənub-qərbindəki Yunnan əyalətində 5 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. Vyetnam sərhədindən 130 kilometr aralıda yerləşən Çiubeydə daşqın yollar, körpülər və telekommunikasiya infrastrukturunu zədələyib.
Qeyd edək ki, Quanqsi Çuanq Muxtar Bölgəsinin Sinçinq əyalətində sel sularına düşən 3 uşaqdan 2-si həyatını itirərkən, biri xilas edilib.