Rusiyanın haqqında çox danışıldığı hipersəs raketi “Tsirkon” Barens dənizində sınaqdan keçirilib. Silah min kilometr uzaqlıqdakı hədəfini müvəffəqiyyətlə vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Barents dənizinin şimalında “Sovet İttifaqı Donanmasının Admiral Qorşkov” freqatından “Tsirkon” hipersəs qanadlı raketi ilə sınaq atəşinin həyata keçirildiyi bildirilib. Rusiya Müdafiə Nazirliyi keçən il bildirmişdi ki, “Tsirkon” ilk dəfə gəmidə sınaq atəşindən keçib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildə təqdim etdiyi yeni hipersəs silahları arasında yer alan “Tsirkon”un səs sürətindən 10 qat daha çox (Mach 10) çıxa bildiyi və 1000-2000 kilometr mənzilə sahib olduğu açıqlanıb.
Məhəmməd Tağıyev